|
Əfqanıstanda 6,2 bal gücündə zəlzələ oldu

Əfqanıstanın şimalında 6,2 bal gücündə zəlzələ baş verib.

Bu haqda ABŞ Geoloji Araşdırmalar Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri İşkaşim şəhərindən 33 km cənub-qərbdə yerləşib. Təbii fəlakətin ocağı 200 km dərinlikdə olub.

Təkanların Pakistan və Hindistanda da hiss edildiyi qeyd olunur.

Xəsarət alanlar və dağıntılar haqda məlumat verilməyib.

Cia.az