ABŞ vətəndaşı, “Human Rights Watch” hüquq müdafiə təşkilatının üzvü Mehmet Günişık ölkə rəhbərliyinə müraciət edib. M.Günişık müraciətində yazır ki, qaynı Rauf Sultanov hazırda Penitensiar Xidmətin müalicə müəssisəsində saxlanır:
“Hörmətli prezident!
Rauf Sultanov uşaqlıqdan 1-ci qrup əlildir, ağır epilepsiya xəstəsidir. Nəsimi Məhkəməsinin 4 dekabr 2012-ci il tarixli hökmünə əsasən 3 il 6 müdətinə azadlqıdan məhrum edilib. Hökm üzrə cəza müddəti 2 dekabr 2015-ci ildə başa çatıb. Lakin Rauf Sultanova qarşı irəli sürülmüş yeni ittiham üzrə 12 sentyabr 2015-ci il tarixdə Xəzər Rayon Məhkəməsinin hakimi Tərlan Əkbərov tərəfindən daha 5 il müddətinə azadlıqadan məhrum edildi. Rauf Sultanovun hökmdən verdiyi apelyasiya şikayəti üzrə 23 noyabr 2015-ci il tarixdə hakim Vüqar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə həmin qanunsuz hökm ləğv olunub. Cinayət işi məhkəmə hazırlıq iclası mərhələsinə geri qaytarıldı.
Hörmətli prezident!
Rauf Sultanov barəsində seçilmiş həbs qətiman tədbiri qanunsuz və əsassızdır. Onun barəsindəki qətimkan tədbiri alternativ qətimkan tədbiri ilə əvəz olunmasını və azadlığa buraxılmasını xahiş edirik”.
Qeyd edək ki, bir müddət əvvəl R.Sultanovun bacısı da prezidentə müraciət edərək Nəsimi polisinin müstəntiqi Vüqar Məcidovun cinayət işinin materiallarında qardaşına məxsus imzanı saxtalaşdırdığını yazıb. O, prezidentə müraciətində qardaşının həyatının təhlükədə olduğunu da diqqətə çatdırmaqla günahsız olan əlil vətəndaşın həbsdən azad olunmasını xahiş etmişdi.
Cia.az
