|
İlham Əliyevdən Əfqanıstanla bağlı qısa mesajlar
Azərbaycan prezidenti İlham Əliyevə məxsus twitter hesabından (@azpresident) Əfqanıstanla bağlı qısa mesajlar paylaşılıb.
 
İlham Əliyev Azərbaycanın Əfqanıstanda sülh və əməkdaşlığa töhfə verməyə çalışdığını bildirib.
 
Ölkə başçısı həm də Azərbaycanın Əfqanıstanla bütün sahələrdə, xüsusən nəqliyyat  və enerji resursları sahəsində əməkdaşlığın genişlənməsində maraqlı olduğunu vurğulayıb.
 
İ. Əliyev sonuncu mesajında “Azərbaycanın həm dövlət, həm də özəl şirkətləri Əfqanıstana investisiya yatırmağa hazırdırlar” deyə qeyd edib.
 


Cia.az