|
Mehriban Əliyeva uşaqların bayram şənliyində

Dekabrın 24-də Heydər Əliyev Fondu uşaqlara növbəti dəfə sevinc bəxş edib.

AZƏRTAC bildirir ki, Fondun paytaxtın əyləncə mərkəzlərindən birində uşaqlar üçün təşkil etdiyi budəfəki şənliyə Bakı şəhərindəki müxtəlif uşaq evlərindən xüsusi qayğıya ehtiyacı olan 200-dək uşaq qatılıb.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva şənlikdə iştirak edib.

Şənliyin sonunda balacalara Heydər Əliyev Fondunun hədiyyələri təqdim edilib.

Cia.az