Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Qusarda gəlinini gülləyərk öldürməkdə təqsirli bilinən 1938-ci il təvəllüdlü Amanxan Nəcəfovun cinayət işi üzrə hazırlıq iclası keçirilib.
Prosesə hakim Cavid Hüseynov sədrlik edib. Prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı dekabrın 28-ə təyin edilib.
Qeyd edək ki, qətl hadisə 25 iyul, 2015-ci ildə Qusar rayonu, Avaran kəndində baş verib. Kənd sakini Amanxan Nəcəfov gəlini, 38 yaşlı Sevinc Məmmədovaya ov tüfəngindən atəş açaraq onu qətlə yetirib. Hadisənin ailə münaqişəsi zəminində törədildiyi bildirilir.
Cia.az
