|
“Solmaz yarpaq, susmaz duyğu”

Dekabrın 26-da Xəzər Universitetinin Dünya məktəbində görkəmli dramaturq, şair, kinorejissor Cəfər Cabbarlının xatirəsinə həsr edilmiş “Solmaz yarpaq, susmaz duyğu” mövzusunda ədəbi-bədii kompozisiya nümayiş olunacaq.

C.Cabbarlının ev-muzeyindən bildirilib ki, tədbirdə elm, ədəbiyyat, incəsənət xadimləri, tələbələr, ictimaiyyət nümayəndələri iştirak edəcək.

Kompozisiyaya C.Cabbarlının şeirləri və dram əsərlərindən səhnəciklər daxil olunub.

Cia.az