Qusar Dövlət Ləzgi Dram Teatrı Yeni il münasibətilə “Qış nağılı” adlı proqram hazırlayıb.
Mədəniyyət və Turizm Nazirliyindən bildirilib ki, yeni il proqramı tamaşaçılara dekabrın 24-dən başlayaraq təqdim ediləcək. Proqramın quruluşçu rejissoru, teatrın direktoru Faiq Qardaşovdur.
Teatrın kollektivi əyləncəli proqramın qış tətili dövründə də məktəblilərə təqdim etməyi nəzərdə tutur.
Cia.az
