Rəsmi ər-Riyad neft bazarının sabitləşməsində maraqlıdır və tarazlaşdırılmış siyasət aparır.
"RİA Novosti" xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Məsləhət Şurasının (Məclis aş-Şura) rəsmi Twitter akkauntunda ölkənin kralına istinadən məlumat yayılıb.
“Krallıq neft bazarının sabitləşməsində maraqlıdır və tarazlaşdırılmış siyasət aparır, bu indiki və gələcək nəsillərin marağındadır” - məlumatda monarxın sözlərindən sitat gətirilir.
Səudiyyə Ərəbistanının kralı Salman ibn Abdul-Əziz Əl Səud çərşənbə günü Məsləhət Şurasına illik müraciəti ilə çıxış edib.
Cia.az
