|
Rusiya və Ermənistan hava hücumundan müdafiə sistemlərini birləşdirdi

Moskvada Rusiya və Ermənistan müdafiə nazirləri arasında ikitərəfli görüş keçirilib.

APA-nın verdiyi məlumata görə, görüşdə Sergey Şoyqu və Seyran Ohanyan Rusiya və Ermənistanın hava hücumundan müdafiə sistemlərinin birləşdirilməsi haqqında müqavilə imzalayıblar.

Görüşdə Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının arsenalının gücləndirilməsi və Ermənistana hərbi-texniki yardım məsələsi də müzakirə olunub.

 

Cia.az