|
Sarkisyanın təyyarəsini partlatmaq istədilər -

İrəvanda prezidentin təyyarəsini partlatmaq istəyən silahlı cinayətkar qrup yaxalanıb.

Milli Təhlükəsiz Xidməti noyabrın 25-də Ermənistan vətəndaşı Artur Vardanyanın başçılıq etdiyi silahlı qruplaşmanı saxladıqlarını açıqlayıb. Məlum olub ki, Vardanyan 1997-ci ildən İspaniyada yaşayıb və bu il ərzində bir neçə dəfə paytaxt İrəvanda olub.

Qruplaşma özü də 5 alt qrupdan ibarət olub. Onlar eyni vaxtda Prezident Administrasiyasını, Milli Məclisi, Konstitusiya Məhkəməsini və Teleqülləni tutmalı idilər. Əsas tapşırıq isə dekabrın 1-də Parisə yola düşəcək olan Serj Sarkisyanın təyyarəsini partlatmaq olub. 

Əməliyyat yaxşı planlaşdırılsa da, Vardanyanın şübhəli hesab edilən biri ilə görüşü xüsusi xidmət orqanlarının diqqətin çəkib və plan baş tutmayıb.

Sarkisyanın təyyarəsini partlatmaq istədilər -  Dəstə yaxalandı

Cia.az