"Fənərbaxça"nın futbolçusu Raul Meyreleş əməliyyat olunub.
Dizindən zədələnən portuqaliyalı futbolçu dekabrın 21-də bıçaq altına yatıb.
32 yaşlı futbolçunun ən azı 4 ay yaşıl meydanlardan kənarda qalacağı bildirilir.
Qeyd edək ki, 2012-ci ildən "Fənərbaxça"da oynayan Meyreleş keçirdiyi 72 oyunda 5 qol vurub.
Cia.az
