“Mənim “Arsenal”la müqaviləm 2018-ci ilin yayında başa çatır. Deməli, hələ 2 il yarım vaxt var. Ona görə də tələsməyə ehtiyac yoxdur”.
Qol.Az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri “Arsenal”ın yarımmüdafiəçisi Məsut Özil deyib.
Almaniya millisinin türk əsilli oyunçu London klubu ilə müqaviləsinin müddətini uzatmaq niyyətinə dair suala cavab olaraq deyib: “Hazırda klubla danışıqlar aparmasam da, onu deyə bilərəm ki, “Arsenal”da xoşbəxtəm. “Real”dan ayrılıb Londona gəlməyim doğru qərar idi”.
Cia.az
