Dekabrın 23-də Moskvada Müstəqil Dövlətlər Birliyi Müdafiə nazirləri Şurasının növbəti iclası keçiriləcək.
Cia.az Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, müdafiə naziri, general-polkovnik Zakir Həsənov həmin iclasda iştirak etmək üçün bu gün Rusiya paytaxtına yola düşüb.
Tədbirdə nazirlər müdafiə sahəsində əməkdaşlığı, eləcə də onun inkişaf perspektivlərini müzakirə edəcəklər.
Cia.az
