“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının icrasına dövlət büdcəsindən 59 milyon 956 min 735 manat vəsait ayrılıb.
Virtualaz.org saytının məlumatına görə, bunu gənclər və idman nazirinin müavini İntiqam Babayev “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının yekunlarına dair Əlaqələndirmə Şurasının iclasında deyib.
Nazir müavini bildirdi ki, bu müddət ərzində 675 tədbir keçirilib, onlardan 121-i beynəlxalq səviyyədə olub.
İ.Babayev vurğuladı ki, 3 şəhərdə gənclər evi istifadəyə verilib və 5 rayon və şəhərdə gənclər evinin tikintisi davam edir. Onun sözlərinə görə, indiyə qədər ümumilikdə 33 gənclər evi tikilib.
Cia.az
