|
Klublar Komitəsinə yeni seçkinin vaxtı açıqlandı

AFFA Klublar Komitəsinin (KK) 2015-ci ildə son iclasının vaxtı və yeri açıqlanıb.

Tədbir dekabrın 24-də baş tutacaq.

Saat 11:00-da başlanacaq iclasın gündəliyindəki əsas məsələ KK-ya yeni sədr seçkisi olacaq. Hazırda komitəyə "Xəzər Lənkəran"ın vitse-prezidenti Tuyqun Nadirov rəhbərlik edir. Mövcud əsasnamə onun yenidən seçilməsini qadağan etmir.

Digər məsələlər sırasında mövsümün ilk dövrəsinin təhlili və əksər klubların üzrəşdiyi maliyyə böhranından çıxış yollarının da müzakirə olunacağı gözlənilir

Cia.az