İraqın paytaxtı Bağdad şəhərində təşkil olunan bombalı hücumda ölənlərin sayı 37-yə çatıb.
AzNews.az xəbər verir ki, bu haqda məlumatı təhlükəsizlik orqanının əməkdaşı yayıb.
Məlumata görə, Bağdadın şərqində, əhalinin sıxlıq təşkil etdiyi yerlərdə bomba yüklü iki avtomobil partlayıb.
Nəticədə 37 nəfər ölüb, 91 nəfər yaralanıb.
