|
Azərbaycan 12 məhbusu İrana təhvil verdi

Ədliyyə Nazirliyi 2015-ci il ərzində Azərbaycanda cinayət törətdiyi üçün həbs edilən İran vətəndaşlarının öz ölkələrinə təhvil verilməsi barədə məlumat acıqlayıb.

Azərbaycan ərazisində cinayət törətdiyi üçün saxlanılaraq barələrində həbs-qətimkan tədbiri seçilən 12 İran vətəndaşı ölkələrinə təhvil verilib.

Beynəlxalq qanunvericiliyə uyğun olaraq, həmin şəxslər cəzalarının qalan hissəsini İranda çəkəcəklər.

Cia.az