|
10 min dollarlıq 10 sent...

Amerikanın Dallas şəhərindəki Heritage Hərrac Evində aparatın içinə yapışmış olan 10 sent dəyərindəki pul açıq hərraca çıxarılaraq satılacaq. 

İstehsal zamanı aparatın arasında qalan və bir tərəfində Amerika prezidentlərindən Franklin Ruzveltin şəkli olan xırda pula ilk olaraq 10 min dollar qiymət qoyulub. Bundan əvvəl də 1970-ci ildə bir neçə ədəd dəmir pul aparatın içərisində yapışmış halda tapılmışdı. Mütəxəssislər bunun bir qəza deyil, bilərəkdən edildiyini düşünürlər. 
10 sent dəyərindəki dəmir pul isə 6 yanvarda hərraca çıxarılaraq satılacaq.
Cia.az