Ermənistan prezidenti Serj Sarkisyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Kollektiv Təhlükəsizlik Şurasında iştirak etmək üçün Rusiyada səfərdədir.
Hazırda danışıqlar Rusiya, Belarus, Qazaxıstan, Ermənistan, Qırğızıstan, Tacikistan və təşkilatın baş katibinin iştirakı ilə kiçik heyətlə davam edir.
Toplantının gedişində ölkə başçıları bəzi sənədlər imzalayacaq, həmçinin dünya gündəliyindəki məsələləri müzakirə edəcəklər.

Cia.az
