|
Saç rənginə görə XARAKTERİSTİKA

Saç rəngi fiziki görünüşün bir ünsürü olmaqdan daha çox şeyə qadirdir. Saç rənginin xarakterinizi önə çıxardığını bilirsinizmi?

Bəs sizin saç rənginiz hansıdır? 

Sarışınlar olduqca iradəli olurlar və nə istədiklərini bilirlər. Sosialdırlar və insanlarla rahat şəkildə ünsiyyət qura bilirlər. Əzmli, gələcəklərini düşünən, istədikləri şeyin arxasınca gedən insan olurlar. 

Qızılı saçlılar özlərini sevən, hər şeyi tək həll edən insanlardırlar. Özləri özlərinə yetərlər və problemlərini təkbaşına həll etməyə qadirdirlər. Dünyagörüşləri zəngin olur. Hər şeyin gələcəyini fikirləşir, çox düşüncəlidirlər.

Qumrallar insanlara güvən verən tipdirlər. Güvənilir bir tip olduqlarından insanlar dəstək üçün onların yanına gedirlər. İnsanı rahatladan bir şəxsdirlər, ünsiyyət qurulması çox asan və anlayışlıdır.

Əsmərlər zövqlü insan olurlar. Özəl zövqləri var. Sevdikləri şeylərə çox bağlıdırlar və asan-asan vərdişlərindən vazkeçməzlər. Asılılıqları ilə dolayı vəsvəsələri var. 

Cia.az