|
Ayaqqabı ayağınızı sıxırsa, bunu edin –

Çox sevərək aldığınız ayaqqabınız hələ ilk geyinəndə ayağınızı sıxır və çox bərbad hala salırsa, Aile.lent.az-ın təqdim etdiyi bu üsulla onları genişləndirə bilərsiniz.

Ayağınıza qalın corab geyinin.

Ardından çətin də olsa, ayaqqabıları ayağınıza keçirin.

Saç qurutma alətini az dərəcəyə qoyub ayaqqabının əsasən sıxan hissələrini isidin. 1-2 dəqiqə sonra ayağınızdaykən ayaqqabının soyumasını gözləyin.

Ayaqqabınız yetərincə genişlənəcək, genişlənməsə, yenidən daha qalın corabla işi təkrar edə bilərsiniz.

Cia.az