İspaniya La Liqasının 16-cı turunda "Rayo Valyekano" ilə keçirilən oyun "Real" (Madrid) klubunun futbolçusu Qaret Beyl üçün əlamətdar olub.
Uelsli futbolçu karyerasında ilk dəfə poker edib.
Beyl "Real"ın 10:2 hesabı ilə qalib gəldiyi oyunun 25, 41, 61 və 70-ci dəqiqələrində fərqlənib.
Qeyd edək ki, "Rayo Valyekano" ilə oyun 26 yaşlı futbolçunun karyerasında 407-ci rəsmi matçı olub.
Cia.az
