|
Son 4 gündə 100-dən çox kürd silahlısını məhv edilib
Türkiyə hərbçiləri son 4 gün ərzində 110 kürd silahlısını məhv ediblər.
Kürd Fəhlə Partiyası (PKK) üzvlərinin məhv edilməsi ölkənin cənub-şərqində aparılan anti-terror əməliyyatı zamanı baş verib. 
Reydlərdə 10 minə yaxın türk hərbçi və polisi iştirak edir. Onlar yaşayış məntəqələrini PKK-çılardan təmizləyir, xəndəkləri örtür və barrikadaları sökürlər.
Küçələrdə intensiv atışmalar davam edir. Türkiyə hakimiyyəti bəyan edib ki, son 4 ay ərzində 180-dən çox polis, hərbçi və mülki şəxs kürd yaraqlılarının qurbanı olub.
Cia.az