|
Berndə Qarabağ danışıqları:

Azərbaycan və Ermənistan prezidentləri arasında İsveçrənin Bern şəhərində keçirilən təkbətək görüş bu dəqiqələrdə başa çatıb.

Amerikalı həmsədr Ceyms Uorlik İlham Əliyevlə Serj Sərkisyanın təkbətək görüşünün 1 saatdan bir az çox çəkdiyini yazıb.

C.Uorlik öz Twitter səhifəsində bildirib ki, bundan sonra prezidentlər Minsk Qrupunun həmsədrlərini və xarici işlər nazirlərini zala dəvət ediblər.

Görüşün cəmi 1 saat çəkməsi bunu deməyə əsas verir ki, Qarabağda artilleriya və tanklardan da istifadə olunmaqla şiddətli döyüşlərin getdiyi bir vaxtda Azərbaycan və Ermənistan dövlət başçıları münaqişənin nizamlanması yollarının axtarılmasında ortaq nöqtələr tapa bilməyiblər.

Gözlənilir ki, görüş xarici işlər nazirlərinə müzakirələri davam etdirmək barədə protokol xarakterli razılaşma ilə başa çatacaq.

Cia.az