|
Emin Ağalarov “Torqovı”da çıxış edəcək

Populyar müğənni və bəstəkar Emin Ağalarov dekabrın 19-da "Nargis" fondunun təşkilatçılığı ilə keçirilən "Soyuq Əllər, İsti Ürək: Mələklər" Yeni il xeyriyyə yarmarkasına qatılacaq.

Saat 20:30-da müğənninin avtoqraf-sessiyası, 21:00-da isə yarmarkanın səhnəsində çıxışı olacaq.

Xatırladaq ki, dekabrın 31-dək davam edəcək "Soyuq əllər, İsti ürək" xeyriyyə yarmarkasından əldə olunan vəsait ənənəyə uyğun olaraq müalicəyə və əməliyyata ehtiyacı olan uşaqlara sərf ediləcək.

Cia.az