|
BMT-də Suriyadan danışıldı, Əsədin adı çəkilmədi

BMT Təhlükəsizlik Şurası Suriyada müaqişənin sülh yolu ilə nizamlanması üzrə beyəlxalq planı təsdiq edən qətnamə qəbul edib.

"Trend" TASS-a istinadən xəbər verir ki, sənəddə Suriyada münaqişə tərəfləri "siyasi islahatların həyata keçirilməsi istiqamətində ilk addımlar atılacağı andan" qüvvəyə minəcək barışığa dəstək ifadə olunur.

Qətnamədə Bəşər Əsədin adı hallanmır. Əvəzində sənəddə vurğulanır ki, “Suriya xalqının özü ölkənin gələcəyini müəyyənləşdirəcək”.

Cia.az