|
Rusiyada azərbaycanlı taksi sürücüsünü güllələdilər

Rusiyada Şibenets kəndində silahdan açılan atəş nəticəsində əslən Azərbaycandan olan taksi sürücüsü qətlə yetirilib.

Oxu.az Rosbalt-a istinadən xəbər verir ki, cinayət haqqında məlumat hüquq-mühafizə orqanlarına dekabrın 18-də saat 02:42 radələrində taksi xidmətinin dispetçerindən daxil olub.

52 yaşlı zərərçəkən qarın nahiyəsindən aldığı yaradan “təcili yardım” maşınında ölüb.

Cinayətin törədilməsində şübhəli bilinən yerli sakin saxlanılıb,

Cia.az