Xəbər verildiyi kimi, bu günlərdə Ukrayna Prezident Adminisrasiyasının rəhbəri Boris Lojkinin başçılıq etdiyi nümayəndə heyəti Bakıda səfərdə olub.
Səfər Ukrayna ilə Azərbaycan arasında son zamanlar qismən soyumuş münasibətlərin inkişafına dair məsələləri müzakirə etmək, habelə prezident Pyotr Poroşenkonun Bakıya gözlənilən səfərinə hazırlıq məqsədi daşıyırdı.
Ukrayna Prezident Administrasiyasının rəhbəri Boris Lojkin haqqin.az və virtualaz.org saytlarının Kiyev müxbiri ilə söhbətində Bakıya səfərinin yekunları haqda danışıb.
O, söhbətinə “Günəşli” yatağındakı neft platformasında baş vermiş yanğın zamanı ikin düşmüş neftçilərə görə başsağlığı verməklə başlayıb .
“Hər şeydən əvvəl sizin nəşriniz vasitəsilə geniş auditoriyaya müraciət edərək bu faciədə yaxınlarını itirənlərə dərin hüznlə başsağlığı vermək istəyirəm”- administrasiya rəhbəri deyib.
Lojkin Bakıya səfəri zamanı prezident İlham Əliyevlə saat yarım çəkən görüşü haqda danışarkən deyib ki, dövlət işində çox da böyük təcrübəyə malik olmayan, cəmi il yarımdır dövlət işində işləyən biri kimi onun Azərbaycan prezidenti kimi şəxsiyyətlə görüşü fəxr olunası həyat təcrübəsidir.
“Ölkəsinin böyük patriotu, ən geniş spektr məsələlərlə bağlı dəqiq baxışları olan və gündəmin hər məsələsinə dair qarşılıqlı məqbul həll yolu axarmağa, tapmağa çalışan insanla birbaşa dialoq aparmaq olduqca xoş idi”- deyə administrasiya rəhbəri bildirib.
V.Lojkin deyib ki, səfər çərçivəsində Ukrayna ilə Azərbaycan arasında əməkdaşlıq üçün mühüm olan bir sıra məsələlərdə anlaşma əldə edildi. Və bu anlaşmaların əldə edilməsində Azərbaycan prezidentinin böyük şəxsi xidmət var.
Onun sözlərinə görə, Ukrayna ilə Azərbaycan arasında qarşılıqlı faydalı, dinamik və uzunmüddətli münasibətlər mövcuddur.
“Bu gün biz bu münasibətləri yeni mərhələyə qaldırmalıyıq bir çox sferalarda inkişaf etdirməliyik”-Lojkin bildirib.
Cia.az
