|
Neftin qiyməti yenidən 37 dollara düşdü

Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 0,57 dollar yaxud 1,61% geriləyərək 34,95 dollar/barel təşkil edib.

"Brent" markalı neft isə 0,33 dollar və ya 0,88% ucuzlaşaraq 37,06 dollar/barelə bərabər olub.

Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti də 0,32 dollar, yaxud 0,84% ucuzlaşıb.

Beləliklə, hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 37,76 dollara bərabərdir.

Cia.az