|
Məşhur aktrisa xərçəngə tutuldu

“Yeşilçam”ın aktrisası Bahar Öztan xərçəng xəstəliyinə tutulub.

Cia.az Türkiyəı KİV-nə istinadən xəbər verir ki, 20 ildir Bodrumda yaşayan Öztan üç ay əvvəl xəstəxanaya müraciət edib.

Daha sonra İstanbula gələn aktrisa həkimlərin yumurtalıq xərçəngi diaqnozu qarşısında şok olub. Vaxt itirmədən əməliyyata alınan Öztan doqquz gün reanimasiyada qaldıqdan sonra özünə gələ bilib.

Aktrisa qarın nahiyəsindən 4 litr maye çıxarıldığını bildirib:

“Köhnə sağlığıma qovuşmaq üçün müalicə almağa davam edirəm. Heç vaxy “niyə mən?” sualını özümə ünvanlamadım. Alın yazısı belə imiş”.

Məşhur aktrisa xərçəngə tutuldu
Məşhur aktrisa xərçəngə tutuldu
Məşhur aktrisa xərçəngə tutuldu
Məşhur aktrisa xərçəngə tutuldu

Cia.az