BP şirkəti Kənd Təsərrüfatı Nazirliyi ilə əməkdaşlığa başlayacaq.
Bu barədə virtualaz.org saytına nazirlikdən məlumat veriblər.
Xəbərdə deyilir ki, kənd təsərrüfatı naziri Heydər Əsədovla BP-nin Azərbaycan, Türkiyə, Gürcüstan regionu üzrə prezidenti Qordon Birelin başçılıq etdiyi nümayəndə heyəti arasında əməkdaşlığa dair sənəd imzalanıb.
Həmçinin BP şirkətinin dəstəyi ilə Bakı-Tiflis-Ceyhan və Cənubi Qafqaz boru kəmərlərinin keçdiyi ərazilərdə kənd təsərrüfatı və kənd yerlərinin inkişafı istiqamətli layihələr müzakirə olunub.
Qeyd edək ki, BP şirkəti qeyri-neft sektorunda kiçik və orta sahibkarlıq sahələrinə də investisiya yatıracaq.
Cia.az
