|
Mərkəzi Bankdan yeni manat açıqlaması

Mərkəzi Bank dolların uçot dərəcəsinin artmasından sonra manatın taleyi ilə bağlı narahatçılığa cavab verib.

Bankdan virtualaz.org saytına verilən məlumatda deyilir ki, ABŞ-ın Federal Ehtiyatlar Sistemi tərəfindən ABŞ dollarının uçot dərəcəsinin artırılması ilə bağlı qəbul edilən qərar manatın məzənnəsinə təsir etməyib. Bununla bağlı mətbuatda yayılan məlumatlara Mərkəzi Bank tərəfindən açıqlama verilməyib.

Bank əmin edir ki, manatın ABŞ dollarına qarşı məzənnəsi sabit dinamikada davam edir.

Cia.az