Rusiya DİN-in Peterburq və Leninqrad vilayəti üzrə Baş İdarəsinin İstintaq İdarəsi iqtisadi təhlükəsizlik şöbəsi Azərbaycan Beynəlxalq Bankının Sankt-Peterburqdakı filialında apardığı axtarışın səbəbi məlum olub. Azərbaycan Beynəlxalq Bankının mətbuat katibi Yadigar Cəfərli virtualaz.org saytına açıqlamasında bildirib ki, hüquq-mühafizə orqanları əməkdaşları filiala keçmiş müştərilərdən biri haqqında bəzi sənədlərin əldə olunması məqsədilə gəliblər: “Hüquq-mühafizə orqanları istintaq gərəyi hərdən belə tədbirlər həyata keçirə bilərlər. Hazırda Peterburq filialı işləyir və fəaliyyətində heç bir problem yoxdur”.
Cia.az
