Bakıda İtaliya filmləri festivalı keçiriləcək.
Tabloid.az xəbər verir ki, festival oktyabrın 20-dən 25-dək davam edəcək. Tədbirdə nümayiş olunacaq bütün filmlərin biletlərinin qiyməti 1 manat olacaq.
Nümayişlər “28 Cinema”da olacaq. Festivalın təşkilatçılarından biri də “Nargis” jurnalıdır.
