|
2015-ci ildə itirdiyimiz tanınmışlar
Yola salmağa hazırlaşdığımız 2015-ci il Azərbaycanda bir çox olaylarla yadda qalacaq. Bu il həm də bir sıra tanınmış azərbaycanlının dünyasını dəyişməsi ilə də xatırlanacaq. 
2015-ci ildə bu dünya ilə vidalaşan məşhur azərbaycanlıları xatırlayaq.
Ədəbiyyat və mədəniyyət xadimləri
 
İlin ilk böyük ədəbi itkisi xalq şairi  Vaqif Səmədoğlununölümü oldu. Ömrünün son illərində xərçəngdən əziyyət çəkən xalq şairi bu ilin yanvarın 28-ə dünyasını dəyişib.
 
Yanvar ayında başqa bir ədəbiyyat nümayəndəsi, Haaqa şəhərində yaşayan azərbaycanlı yazıçı Gülşən Lətifxan53 yaşında vəfat edib.
 
Başqa tanınmış şair, Azərbaycan dilinin çox gözəl bilicilərindən sayılan Məmməd Aslan isə sentyabrın 23-də bu dünyadan köçüb.
 
Bir çox musiqi mətnlərinin müəllifi olan şairə Zivər Ağayeva  da ömrünün 81-ci ilində dünyasını dəyişib. 
 
Xalq artisti,  professor, bəstəkar Ramiz Mirişli aprel ayında dünyasını dəyişəndə 81 yaşı var idi. Bəstəkar ömrünün sonuna qədər Mədəniyyət və İncəsənət Universitetində çalışırdı.
 
Ramiz Mirişlinin bəstəkar və müəllim həmkarı, Azərbaycanın xalq artisti, Bakı Musiqi Akademiyasının professoru, bir çox xalq artistlərinin müəllimi olan Nəriman Məmmədov bu ilin aprelində vəfat edib.
 
Təbii ki, bu ilin ən böyük itkiləri sırasında böyük kaman ustası xalq artisti Habil Əliyevin adı mütləq çəkilməlidir. Xalq artisti sentyabrın 8-də uzun sürən xəstəlikdən sonra, 88 yaşında vəfat edib.
 
Başqa bir xalq artisti, nakam taleli aktrisa Nuriyyə Əhmədova  oktyabrın 10-da 64 yaşında bu dünyadan köçüb
 
Oktyabr ayında dünyasını dəyişən bir başqa aktrisa Gülnar Salmanova da ömrünün son illərini əzab içərisində keçirdi. Aktrisa 59 yaşında vəfat edib.
 
Hələ 60 yaşı olmamış dünyasını dəyişən başqa bir xalq artisti İlham Əskərovun ölümü də insanları çox təsirləndirdi. 57 yaşında vəfat edən aktyor ölümündən qabaq ürək əməliyyatı keçirmişdi.
 
Çox təəssüf ki, özünü publikaya çox da tanıda bilməyən, yalnız “Qaynana” filmindəki gəlin, Sevda obrazı ilə yadda qalan Tanilə Əhmərova 65 yaşında haqqa qovuşub. 
 
Məşhur müğənni, Bülbülün həyat yoldaşı və onun tədqiqatçısı, sabiq nazir, xalq artisti Polad Bülbüloğlunun anasıAdelaida Məmmədova da bul 93 yaşında vəfat edib.
 
Tanınmış el şairi Sərraf  Şuriyə bir neçə gün bundan öncə dünyasını dəyişib.
 
ABŞ-ın Nyu-York şəhərində yaşayan aktyor Vəliəhd Vəliyev (“Papa” filmində Həsən ağanın qohumu) da bu həyatla birdəfəlik vidalaşanlardandır.
 
Bu il dünyasını dəyişən digər mədəniyyət və incəsənət xadimləri bunlardır:
 
Xalq rəssamı Davud Kazımov - 89 yaşında vəfat edib.
 
Azərbaycan filmlərində əsasən uşaq rollarının ifaçısı kimi tanınan “Qəm pəncərəsi”, “Tənha narın nağılı” kimi filmlərdəki maraqlı uşaq Ruslan Nəsirov 41 yaşında dünyasını dəyişib.
 
May ayının əvvəllərində “Küçələrə su səpmişəm” kimi şedevr filmin rejissoru Nicat Feyzullayev də 69 yaşında haqq dərgahına qovuşub.