|
"Dəmir ledi"nin şəxsi əşyaları satıldı -

Böyük Britaniyanın keçmiş baş naziri Marqaret Tetçerin şəxsi əşyaları Christie's hərracında 3,3 milyon funt sterlinqə (təxminən 5 milyon dollar) satılıb.

Hərracda ən bahalı lotlardan biri ABŞ-ın keçmiş prezidenti Ronald Reyqan tərəfindən Tetçerə hədiyyə edilən qartal heykəli olub. Bu lotun dəyəri ilkin olaraq 12 min dollar həcmində qiymətləndirilsə də, o, təxminən 400 min dollara satılıb.

Hərraca ümumilikdə təxminən 150 lot, online-satışa isə 200-ə qədər lot çıxarılıb. Kolleksiyanın satılması təklifinin Marqaret Tetçerin qohumları tərəfindən verildiyi bildirilir.

Xatırladaq ki, "Dəmir ledi" kimi tanınan Marqaret Tetçer Britaniya hökumətinə 1979-cu ildən 1990-cı ilədək başçılıq edib.

 

"Dəmir ledi"nin şəxsi əşyaları satıldı -  5 milyon dollara
"Dəmir ledi"nin şəxsi əşyaları satıldı -  5 milyon dollara
"Dəmir ledi"nin şəxsi əşyaları satıldı -  5 milyon dollara

Cia.az