|
Türkiyə hərbçiləri 23 PKK terrorçusunu məhv edib
Türkiyə Silahlı Qüvvələrinin ölkənin Şırnaq vilayətində keçirdiyi əməliyyat nəticəsində PKK terror təşkilatının 23 üzvü öldürülüb.
APA-nın yerli mətbuata istinadən verdiyi xəbərə görə, əməliyyat dekabrın 15-də başlayıb. İndiyədək 23 terrorçu məhv edilib. Onların arasında terrorçu-kamikadzelərin olduğu da bildirilir. Əməliyyatlar davam edir. 
Cia.az