|
Abdullah Güldən İlham Əliyevə başsağlığı:

Türkiyənin 11-ci Prezidenti Abdullah Gül Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib.

Cia.az-ın məlumatına görə, başsağlığında deyilir:
"Dekabrın 4-də Azərbaycanda şiddətli fırtına səbəbindən “Günəşli” yatağındakı 10 saylı platformada yanğın nəticəsində 6 işçinin həlak olması və 23 nəfərin itkin düşməsi xəbəri məni dərindən kədərləndirdi.

Əziz qardaşım, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Azərbaycan xalqına başsağlığı verir, xəsarət alanlara şəfa diləyirəm".

Cia.az