Səudiyyə Ərəbistanının Ciddə şəhər Təhqiqat Bürosu və Prokurorluğu Həcc ziyarəti zamanı Məkkənin əl-Haram məscidində qaldırıcı kranın aşması nəticəsində kütləvi insan ölümünə səbəb olan hadisədə təqsirli bilinən 5 nəfəri müəyyənləşdirib.
Şübhəli şəxslərin adları açıqlanmasa da, onların podratçı şirkətin texniki işçiləri, mühəndis və inzibati sahələrdə çalışan əməkdaşları olduğu bildirilir.
Qeyd edək ki, bu il sentyabrın 11-də Həcc ziyarəti zamanı Məkkədə qaldırıcı kranın aşması nəticəsində 109 nəfər ölüb, 230-dan çox insan xəsarət alıb.
Sentyabrın 24-də, Qurban bayramında isə izdiham nəticəsində 1000-dən çoxzəvvar ölüb, minlərlə şəxs xəsarət alıb.
Cia.az
