|
Bu dəfə əksinə oldu: bacı əxlaqsız qardaşı öldürdü

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qardaşını qətlə yetirməkdə təqsirləndirilən Qusar rayon sakini, 1997-ci il təvəllüdlü Alyona Baxışovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Prosesə hakim Ramella Allahverdiyeva sədrlik edib.

Dövlət ittihamçısı prosesdə ittiham aktını elan edib.

Təqsirləndirilən Alyona Baxışova ona elan olunmuş ittihamla özünü təqsirli bilib. O, ifadəsində qardaşı Baxış Baxışovun ona əxlaqsız təklif elədiyini və bu səbəbdən onu balta ilə öldürdüyünü deyib.

Məhkəmə qeyri-müəyyən vaxta qədər təxirə salınıb.

Qeyd edək ki, hadisə ötən il Qusar rayonunun Rəcət kəndində baş verib. Alyona Baxışova qardaşı, 1993-cü il təvəllüdlü Baxış Baxışovu qətlə yetirib. Hadisədən 8 ay sonra Alyona Baxışova şübhəli şəxs qismində saxlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Cia.az