|
Beş neftçi evə buraxıldı

SOCAR-ın “Günəşli” yatağının 10-cu dərin dəniz özülündə baş vermiş qəza nəticəsində xəsarət alan və Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilən neftçilərdən 5 nəfəri bu gün evə buraxılıb.

Evə buraxılan neftçilər Allahverdi Məmmədov, Kamran Tarıverdiyev, Vidadi Sarıyev, Bəhruz Babayev və Coşqun Qarayevdir. Onun sözlərinə görə, hazırda xəstəxanada olan 15 neftçinin müalicəsi davam etdirilir.

Respublika Yanıq Mərkəzinin baş həkimi Şöhrət Məmmədov deyib ki, qəzada xilas olunan neftçilərdən biri 1962-ci il təvəllüdlü Bəxtiyar Ələkbərovun vəziyyəti ağır stabil olaraq qalır və müalicəsi stasionarda davam etdirilir.

Neftçi xəstəxanaya dördüncü dərəcəli yanıq xəsarətləri ilə daxil olub, onun bədəninin təqribən 50 faizi yanıb.

Dekabrın 4-ü axşam saatlarında “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə güclü yanğın hadisəsi baş verib. SOCAR-dan ANS PRESS-ə verilən məlumata görə, baş verən güclü tufan saat 17.40 radələrində “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın olub.

Cia.az