|
Avropa Şurası Azərbaycanla bağlı araşdırmaya başladı

Avropa Şurasının baş katibi Torbyörn Yaqland Azərbaycanın Avropa İnsan Haqları Konvensiyasına əməl etməsi ilə bağlı araşdırmaya başladığını bildirib.

Azadliq.org-un məlumatına görə, o, hakimiyyət nümayəndələrindən İnsan Haqları Konvensiyasının icra edilməsi ilə bağlı arayışlar alınması üçün Azərbaycana nümayəndələrini göndərəcəyini bildirib.

Qeyd edək ki, Avropa İnsan Haqları Konvensiyasının 52-ci maddəsinə əsasən, baş katib konvensiyanın üzv dövlətdə icrasının müvafiq şəkildə yerinə yetirilməsini müəyyənləşdirmək üçün araşdırmaya başlaya bilər.

Onu da xatırladaq ki, bir müddət əvvəl Torbyörn Yaqland İnsan haqları üzrə hökumətlə birgə İşçi qrupdan çıxıb.

Cia.az