Həbsdə olan müğənni Deniz Sekinin "Eşkıya dünyaya hükümdar olmaz" serialındakı dünənki səhnələri maraqla qarşılanıb.
Keçən həftə seriala daxil olan ifaçı bu dəfə həbsdə yazdığı "Büyümüşsündür" adlı mahnını səsləndirib.
Qeyd edək ki, o, serialın yaradıcı heyəti - həbsxana arasında razılaşmadan sonra könüllü və qonorarsız şəkildə iki gün çəkilişlərdə iştirak edib. Xatırladaq ki, serialın baş rollarında Oktay Kaynarca və Deniz Çakır çəkilib.
Cia.az
