|
ABŞ-ın müdafiə naziri Türkiyədə İncirlik hərbi bazasında olub

ABŞ-ın müdafiə naziri Eşton Karter Türkiyədə İncirlik hərbi bazasına baş çəkib.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, nazir bazaya baş çəkməsinin səbəbləri haqda danışıb. E.Karter bildirib ki, səfərinin məqsədi amerikalı əsgərlərə mənəvi dəstək verməkdir.

O ABŞ, Türkiyə, İspaniya və Qətərin hərbi hava qüvvələrinin nümayəndələri ilə toplantı keçirib.

ABŞ-ın müdafiə nazirinin Türkiyə rəsmiləri ilə görüş keçirəcəyi də gözlənilir.

Cia.az