|
Moskvada Lavrov - Kerri danışıqları başladı

Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri ilə arasında görüş başlayıb.

APA xatırladır ki, görüşdə Suriya böhranı, İŞİD terrorçu təşkilatına qarşı mübarizə, Rusiya-Türkiyə münasibətlərində yaranmış gərginlik, Ukrayna böhranı ilə bağlı Minsk razılaşmasının şərtlərinin yerinə yetirilib-yetirilməməsi müzakirə olunacaq.

Görüşün yalnız protokol hissəsinin mətbuat tərəfindən işıqlandırılmasına icazə verilib. Sonra danışıqlar bağlı qapılar arxasında davam etdirilib.

Görüşdən sonra C. Kerri prezident Vladimir Putin tərəfindən qəbul olunacaq.

Cia.az