|
Millimiz dünya reytinqində irəlilədi

Futzal üzrə milli komandaların növbəti reytinq siyahısı açıqlanıb.

Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, dünya çempionatının "pley-off" mərhələsinə yüksələn millimiz 13 pillə irəliləyərək 11-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, siyahıya İspaniya başçılıq edir. Braziliya ikinci, Rusiya üçüncü pillədə qərarlaşıb.

Cia.az