|
"Platts Global Energy Awards"ın mükafatı "SOCAR Trading"ə verildi

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “SOCAR Trading” şirkəti sənaye sahəsində nümunəvi liderliyi və innovasiyanın tanınmasını qeyd edən illik proqram - “Platts Global Energy Awards” müsabiqəsinin “İlin strateji razılaşması” nominasiyasında mükafata layiq görülüb.

Nyu-Yorkda keçirilən təqdimat mərasimində şirkət həmin mükafata Maltada reallaşdırdığı mayeləşdirilmiş təbii qaz (liquefied natural gas-LNG) layihəsinə görə layiq görülüb.

Qeyd edək ki, “Platts Global Energy Awards” 1999-cu ildə təsis edilib və enerji sektorunun “Oskar”ı kimi qəbul edilir. Müsabiqə enerji sahəsində 17 kateqoriya üzrə fəaliyyət istiqamətini özündə birləşdirir.

Cia.az