Bakıda mağazalardan birində bıçaqlanma hadisəsi baş verib.
Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən mağazanın satıcısı müştərini başından bıçaqla vurub.
Belə ki, mağazada satıcı işləyən Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü Aqşin Rüstəmov Beyləqan rayon sakini, 1979-cu il təvəllüdlü Polad Axundovla mübahisə edib. Mübahisə əlbəyaxa davaya çevirilib. A.Rüstəmov P.Axundovun baş nahiyəsindən bıçaqla vuraraq xəsarət yetirib.
Faktla bağlı araşdırma aparılır.
Cia.az
