|
Bakıda avtobus yaşlı qadını vurub öldürdü

Bakıda avtobus yaşlı qadını vuraraq öldürüb.

Virtualaz.org Bakı Şəhər Baş Polis İdarəsinə istinadən bildirir ki, hadisə Nizami rayonu, Q.Qarayev prospektində qeydə alınıb. Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Vüqar Həziyev idarə etdiyi “Daewoo” markalı 20 saylı xətt avtobusu ilə 1929-cu il təvəllüdlü Xədicə Qasımovanı vurub.

X.Qasımova aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Cia.az