|
Oliviyer "50" dedi

Bu gün “Arsenal”la növbəti oyuna Oliviyer Jiru üçün əlamətdar olub.

“Aston Villa” ilə səfər matçında (2:0) komandasının ilk qolunun müəllifi olan fransalı hücumçu London klubunun tarixinə düşə bilib.

O, Premyer Liqada 50-ci qolunu vurub.

Qeyd edək ki, Jiru 2012-ci ildən “Arsenal”da oynayır.  O, cari mövsüm 16 oyunda 9 qola imza atıb.

Cia.az